Türkiyənin üç qurum rəhbəri Ankarada milli təhlükəsizliklə bağlı müzakirə aparıblar
Ankara, 11 mart, AZƏRTAC
Martın 11-də Ankarada Türkiyənin milli müdafiə naziri Yaşar Güler, xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalının iştirakı ilə üçtərəfli görüş keçirilib.
AZƏRTAC Türkiyə Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Yaşar Güler Müdafiə Nazirliyinin binası qarşısında qonaqları şəxsən qarşılayıb.
Nazirlik tərəfindən Türkiyənin milli təhlükəsizliyi mövzusunda mətbuat üçün qapalı görüşdən foto və videolar təqdim edilib.
Müzakirələrin gündəliyinin təfərrüatları barədə məlumat verilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:33]
Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]