“Türkoloji dilçilikdə feil” - yeni biblioqrafik nəşr
Bakı, 18 mart, AZƏRTAC
Bakı Slavyan Universitetinin Türkologiya kafedrasının müdiri dosent Gülnarə Əliyevanın “Türkoloji dilçilikdə feil” (biblioqrafik göstərici) kitabı nəşr olunub.
AZƏRTAC xəbər verir ki, biblioqrafiya türk dillərində feil anlayışını linqvistik və nəzəri baxımdan araşdıran mənbələrə istinadla tərtib olunub. Nəşrdəki materiallar türkoloji dilçilikdə feilləri leksik-semantik və qrammatik cəhətdən səciyyələndirən istiqamətlər üzrə qruplaşdırılıb.
Kitabda türkoloji dilçilikdəki feil bəhsinə dair XX-XXI əsrlərdə aparılan araşdırmalar əhatə olunub. Bu sahədə çap olunmuş 2000-dən çox biblioqrafik material Azərbaycan, rus, türk, ingilis, alman dillərində, eləcə də digər türk dillərində nəşr olunan monoqrafiya, dərslik, dərs vəsaiti, məqalə, konfrans materialı, dissertasiya, avtoreferat və digər əsərlərdən ibarətdir. Təqdim olunan mənbələr feillər haqqında hərtərəfli anlayışı inkişaf etdirmək məqsədi daşıyır. Bu tədqiqatlar feillərin dildəki əhəmiyyətini anlamaq istəyənlər üçün dəyərli istinad mənbəyidir.
Nəşrin elmi redaktoru dosent Nizami Bağırov, rəyçiləri filologiya elmləri doktoru Aynel Məşədiyeva, dosentlər Teyyub Quliyev, Afət Ələkbərova və Elşən Şükürlüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [20:53]
Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb
- 04.06.2026 [18:38]
Milli mətbəx və dini inanc - Folklor İnstitutunda seminar
- 04.06.2026 [18:20]
AMEA Türk dünyası və özəl sektorla texnoloji tərəfdaşlığı genişləndirir
- 04.06.2026 [18:09]
BDU-da aparılan elmi tədqiqatlar aqrar sahədə dayanıqlı inkişafa xidmət edir
- 04.06.2026 [17:36]