TÜSİAB 2005-Cİ İLİN ƏN YAXŞI QEYRİ-HÖKUMƏT TƏŞKİLATI HESAB EDİLMİŞDİR
Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qaliblər arasında 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərən və 300-ə yaxın üzvü olan TÜSİAB da vardır. O, Türkiyə xaricində fəaliyyət göstərən ən yaxşı qeyri-hökumət təşkilatı nominasiyasının qalibi olmuşdur.
Mükafatlar mayın 17-də İstanbulda təqdim edilmişdir.