UCARDA YAPONİYA HÖKUMƏTİNİN QRANTI HESABINA ALINMIŞ KƏND TƏSƏRRÜFATI TEXNİKASI TƏQDİM OLUNMUŞDUR
Ucar, 24 oktyabr (AZƏRTAC). Oktyabrın 24-də Ucar rayonundakı Sərgi-Satış-Yarmarkalar Bazasında Yaponiya hökumətinin qrantı hesabına alınmış kənd təsərrüfatı texnikası və avadanlığının təqdimatı olmuşdur.
Taxılçılıqla məşğul olan fermerlərin, eləcə də sahibkarların iştirakı ilə keçirilən təqdimatda 36 kombayn və digər kənd təsərrüfatı avadanlığı nümayiş etdirilmişdir. Mütəxəssislər Azərbaycan şəraiti üçün əlverişli olan bu texnika və avadanlığın yüksək məhsuldarlıq, davamlılıq, yaxşı manevretmə və digər texniki üstünlükləri barədə iştirakçıları ətraflı məlumatlandırmış, suallara ətraflı cavab vermişlər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Arzu Qafurov, Yaponiyanın Azərbaycandakı səfirinin müavini Toşikazo Mito, respublika “Aqrolizinq” SC-nin sədri Əli Bayramov, Nazirlər Kabinetinin aqrar sənaye şöbəsinin sektor müdiri Famil Əliyev, Milli Məclisin deputatı Elton Məmmədov, fermer Elşən Məmmədov çıxış etmişlər.
Yeni gətirilən maşın və avadanlıqlara baxış keçirilmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]