Ucarda yol qəzasında xəsarət alan piyada həlak olub VİDEO
Ucar, 4 sentyabr, Rəşad Türkoğlu, AZƏRTAC
Ucarda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə axşam saatlarında şəhər ərazisində qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hərəkətdə olan yük avtomobilinin sürücüsü piyada Gülşən Həmidovanı vurub. Xəsarət alan qadın Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.