Üç min il yaşı olan Misir mumiyasının tabutunda nadir rəsmlər aşkarlanıb
Qahirə, 5 aprel, AZƏRTAC
Şotlandiyalı alimlər 3 min il yaşı olan Qədim Misir mumiyasının tabutunda nadir rəsmlər aşkar ediblər.
AZƏRTAC xəbər verir ki, "Takerheb" adlanan mumiyanın tanrı Amonun şəhəri olan Thebes nekropolundan 100 il əvvəl İngiltərəyə gətirildiyi bildirilir. Onun Thebe şahzadələrindən birinə aid olduğu ehtimal olunur.
Arxeoloqlar tabutun içərisində Qədim Misir tanrılarının rəsmlərini tapıblar. Bu rəsmlər arasında ən nadir olanı isə "Amentet" ("Şərq qadını") adlanan tanrıçanın təsviridir. Şotland alim Mark Hall bildirib ki, indiyədək tabutda - mumiyanın altında bu cür maraqlı rəsmlərin olduğu heç kimin ağlına gəlməyib. Onun sözlərinə görə, bu tapıntı Qədim Misirin e.ə. VIII-VII əsrdə tarixinin tədqiqinə də töhfə olacaq.
Tabutun içində "Amentet"in qırmızı libasda təsviri göstərir ki, qədim misirlilər ona səcdə edirmişlər. Misirdən Britaniyaya aparılan mumiya 1936-cı ildə Alloa Təbiətşünaslıq və Arxeologiya Cəmiyyəti tərəfindən Şotlandiyadakı Perts Muzeyinə hədiyyə edilib. 2013-cü ildə onu Mançester Kral Xəstəxanasına aparıblar və orada "X-Ray" vasitəsilə tədqiq ediblər. Radioqrafiya nəticəsində məlum olub ki, mumiyanın bir çox hissələri ciddi deformasiyaya uğrayıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]