UCQAR DAĞ KƏNDİNDƏ YENİ MƏKTƏB BİNASI İNŞA EDİLİR
Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində Ordubad rayonunun ucqar dağ kəndi Biləvdə məktəb binası inşa olunur. 192 yerlik ikimərtəbəli məktəb binasının tikintisinə ötən ilin sonlarında başlanılsa da, artıq inşaatçılar binanın ikinci mərtəbəsində çalışırlar.
Yeni məktəbi “Ucar” Ltd şirkəti inşa edir.