UEFA Çempionlar Liqası dörddəbir finalının ilk oyunlarının hakimlərini təyin edib
Bakı, 8 aprel, AZƏRTAC
Çempionlar Liqasının dörddəbir qarşılaşmalarını idarə edəcək hakimlər briqadası məlum olub.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, “Mançester Yunayted”-“Barselona” oyununu Canluko Rokkinin başçılığı ilə italiyalı hakimlər briqadası idarə edəcək. 45 yaşlı referiyə assistentləri Filippo Meli və Matteo Passeri kömək edəcək. Ehtiyat hakim Daniele Orsatodur. Referinin videoköməkçiləri isə Massimiliano İrrati və Marko Qvidadır.
“Ayaks”-“Yuventus” matçında Karlos del Serronun rəhbərliyi ilə İspaniyadan olan hakimlər briqadası çalışacaq. 43 yaşlı referiyə assistentləri Xuan Yuste və Roberto Alonso yardımçı olacaqlar. Ehtiyat hakim Tasos Sidiropulos, referinin videoköməkçiləri Alexandro Ernandes və Xuan Martinesdir.
Qarşılaşmalar aprelin 10-da, Bakı vaxtı ilə saat 00.00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]