UEFA növbəti dəfə “Qarabağ” klubuna ödəniş edib
Bakı, 25 yanvar, AZƏRTAC
UEFA növbəti dəfə “Qarabağ” futbol klubuna ödəniş edib.
AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisinə UEFA Konfrans Liqasının qrup mərhələsinin son 3 oyununda əldə olunmuş 1 qələbə və 1 heç-heçəyə görə 666 min, turnirin qrup mərhələsini ikinci pillədə başa vuraraq play-offa vəsiqə qazandığı üçün 325 min və əlavə bonus olaraq 187 min 200 avro maliyyə vəsaiti ayrılıb.
Ümumilikdə, 1 milyon 178 min 200 avro AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.
Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Fransanın “Marsel” klubu ilə qarşılaşacaq. Ağdam təmsilçisi “Marsel” ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]
Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub
- 12.10.2026 [15:28]