Uels klubunun baş məşqçisi: Növbəti mərhələyə vəsiqə qazanmağa ümidimiz var
Bakı, 7 iyul, AZƏRTAC
Uzun məsafə qət etmişdik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Uelsin TNS komandasının baş məşqçisi Kreyq Harrison Çempionlar Liqasının I təsnifat mərhələsində "Sabah"a 0:2 hesabı ilə məğlub olduqları ilk oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
"Çalışırdıq ki, oyunda qalaq. Evdəki matçda uğurlu nəticə qazanmaq istəyirdik. Növbəti mərhələyə ümidimiz var. İlk hissədə daha çox güc sərf etdik. İkinci hissədə yorğunluq oyunumuza təsir etdi. İlk hissədə qapını toxunulmaz saxlamaq bizim əsas planımız idi. Biz Bakıda vaxt aparmaq yox, yaxşı nəticə qazanmaq istəyirdik. Doğma meydandakı matçlarda uğurlu statistikamız var. Bunu "Sabah"la görüşdə də davam etdirmək niyyətindəyik", - deyə baş məşqçi qeyd edib.
Mütəxəssis "Sabah" haqqında müsbət fikirlər də səsləndirib.
Qeyd edək ki, komandalar arasında cavab matçı bir həftə sonra səfərdə keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [18:29]
“Qəbələ” İslandiya klubunun müdafiəçisini transfer edib
- 10.08.2026 [17:16]
UEFA-nın azərbaycanlı nümayəndəsi Gürcüstan klubunun stadionu ilə tanış olub
- 10.08.2026 [17:08]
Azərbaycan güləşçiləri Buxarestdə 5 medal qazanıblar
- 10.08.2026 [16:41]
Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək
- 10.08.2026 [16:14]
“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi
- 10.08.2026 [15:11]