Uitkof: Rusiya Ukraynada sülhə nail olmağa tam sadiqdir
Vaşinqton, 23 dekabr, AZƏRTAC
Son iki gün ərzində Floridada Ukrayna ilə bağlı sülh planını irəli aparmaq üçün Rusiyanın xüsusi elçisi Kirill Dmitriyevlə ABŞ Prezidenti Donald Trampın nümayəndə heyəti ilə görüşləri olub. AZƏRTAC-ın məlumatına görə, ABŞ Prezidenin xüsusi nümayəndəsi Stiv Uitkof görüşü məhsuldar və konstruktiv adlandırıb.
O, görüşün nəticələri ilə bağlı bildirib ki, Rusiya Ukraynada sülhə nail olmağa tam sadiqdir. “Rusiya Ukrayna münaqişəsinin həlli və qlobal təhlükəsizliyin bərpası üçün ABŞ-ın səylərini və dəstəyini yüksək qiymətləndirir”,- deyə Uitkof əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [12:42]
Kiyev vilayətində dron hücumu nəticəsində dörd nəfər həlak olub
- 05.06.2026 [11:53]
Baltikyanı ölkələrdə NATO təlimlərinin dəniz mərhələsi başlanıb
- 05.06.2026 [11:52]
Nigerdə səhrada 49 nəfər susuzluqdan ölüb
- 05.06.2026 [11:38]
Yaponiya köhnə nüvə reaktorlarını yeniləməyi planlaşdırır
- 05.06.2026 [11:35]