Ukrayna Avropa İttifaqından yeni maliyyə yardımı tranşı alıb
Kiyev, 23 avqust, AZƏRTAC
Avqustun 22-də Ukrayna iki proqram çərçivəsində Avropa İttifaqından yeni maliyyə yardımı tranşı alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko məlumat verib.
Onun sözlərinə görə, ümumilikdə, Ukrayna öz tərəfdaşlarından 4,05 milyard avro alıb, bunun 1 milyard avrosu Rusiyanın dondurulmuş aktivlərinin gəlirləri hesabına “ERA Loans” çərçivəsində, 3,05 milyard avro isə bərpa və inteqrasiya üçün “Ukraine Facility” çərçivəsində verilib.
“Bu dəstək həm dövlət büdcəsini, həm də bərpa prosesini gücləndirir. Avropalı tərəfdaşlarımıza təşəkkür edirik. Biz birlikdə güclü və vahid Avropada Ukraynanın gələcəyinə doğru inamla irəliləyirik”, - deyə Sviridenko əlavə edib.
Ukrayna Milli Bankı bu il rekord məbləğdə (təxminən 55 milyard dollar) xarici maliyyə yardımının ediləcəyini proqnozlaşdırır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
- 29.09.2026 [11:33]
Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq
- 29.09.2026 [11:10]
Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]