Ukrayna KİV-i Laçın şəhərində Azərbaycan bayrağının ucaldılması barədə xəbərlərə geniş yer ayırıb
Kiyev, 26 avqust, AZƏRTAC
Ukraynanın nüfuzlu KİV-də Laçın şəhərində Azərbaycan bayrağının ucaldılması barədə xəbərlər yayımlanıb.
AZƏRTAC xəbər verir ki, “RBK-Ukrayna”, “Gordon”, “Korrespondent”, “Ukraynskaya Pravda”, “Fokus”, “24kanal” və digər informasiya agentlikləri, xəbər portallarında dərc olunan məqalələrdə avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağının ucaldılması qeyd olunub.
Xəbərlərdə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi barədə paylaşım edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev