UKRAYNA KRIM ƏRAZİSİNDƏKİ MAYAKLARI ÖZ MÜLKİYYƏTİNƏ QAYTARMAĞI QANUNİ PROSES SAYIR
Nazir vurğulamışdır ki, tərəflər öz öhdəliklərinə əməl etməlidirlər. Çünki bu hidroqrafik qurğular Ukrayna ərazisində yerləşir. Odur ki, Rusiyanın Kiyevdəki müvəqqəti işlər vəkilinə müvafiq nota təqdim edilmişdir.
Tarasyuk Rusiyanı xaricdəki mülkiyyət haqqında Daqomıs sazişini yerinə yetirməməkdə də təqsirləndirmişdir. O demişdir: “1992-ci il iyunun 23-də Daqomısda saziş imzalanarkən götürdüyü öhdəliklərə rəğmən, Rusiya xaricdəki mülkiyyət obyektlərinin bölgüsünə dair heç bir bəndi yerinə yetirməmişdir. Rusiya bu mülkiyyətin heç bir obyektini Ukraynaya verməmişdir. Bununla da Rusiya beynəlxalq öhdəlikləri pozur”.
Ukrayna tərəfinin iddiasına görə, Daqomıs sazişindəki öhdəliyə əsasən, Moskva keçmiş SSRİ-nin xaricdəki ayrı-ayrı binalarını Kiyevin öz xarici siyasət strukturlarını inkişaf etdirmək üçün ona verməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq
- 08.10.2026 [17:02]
Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb
- 08.10.2026 [16:44]