UKRAYNA PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VİKTOR YUŞŞENKOYA
Hörmətli Viktor Andreyeviç,
Sizi Ukrayna Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə təbrik edirəm.
Əminəm ki, ənənəvi dostluq əlaqələrimiz, strateji tərəfdaşlıq xarakteri alan dövlətlərarası münasibətlərimiz xalqlarımızın mənafeləri naminə, regionda sülh, sabitlik və tərəqqi naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
11 yanvar 2005-ci il.