Ukrayna və ABŞ müdafiə nazirləri cəbhədə vəziyyəti müzakirə ediblər
Kiyev, 12 mart, AZƏRTAC
Ukraynanın müdafiə naziri Rustem Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski Pentaqonun rəhbəri Lloyd Ostin ilə danışıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə Umerov özünün feysbuk səhifəsində yazıb.
Bildirilib ki, söhbət zamanı Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (Ramştayn) növbəti iclasına hazırlıq müzakirə olunub. Umerov Ostinə cəbhədəki əməliyyat vəziyyəti ilə bağlı aktual məlumatlar verib.
Onlar, həmçinin Ukraynanın orta və qısamüddətli ehtiyaclarını və konkret tələblərini müzakirə ediblər. Sursat və hava hücumundan müdafiə əsas prioritetlər olaraq qalır.
"Biz “Ramştayn” görüşümüz zamanı daha ətraflı qarşılıqlı əlaqəni gözləyirik. Ukraynanın aydın və ardıcıl dəstəyinə görə minnətdarıq", - deyə müdafiə naziri yazıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]