Ukrayna və ABŞ nümayəndə heyəti yaxın vaxtlarda görüşə dair razılığa gəlib
Kiyev, 6 mart, AZƏRTAC
Ukrayna və Amerika Birləşmiş Ştatlarının nümayəndə heyəti yaxın vaxtlarda görüşə dair razılığa gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak teleqram sosial səhifəsində məlumat verib.
"Mən ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals ilə telefon danışığım olub və ədalətli, davamlı sülhə doğru gələcək addımları müzakirə etdik", - deyə Yermak bildirib.
Həmçinin, Ukrayna ilə ABŞ arasında ikitərəfli münasibətlər çərçivəsində təhlükəsizlik məsələləri və mövqelərin əlaqələndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. "Biz bu vacib işi davam etdirmək üçün yaxın gələcəkdə komandalarımızla görüşmək barədə razılığa gəldik" - deyə Andrey Yermak vurğulayıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]