UKRAYNA VƏ ALMANİYA MALİYYƏ ƏMƏKDAŞLIĞIHAQQINDA HÖKUMƏTLƏRARASI SAZİŞ İMZALAMIŞLAR
AZƏRTAC-ın Ukrinformdan aldığı xəbərdə deyilir ki, Berlində yüksək səviyyədə V Ukrayna-Almaniya siyasi məsləhətləşmələrinin yekunlarına əsasən, maliyyə əməkdaşlığı haqqında hökumətlərarası saziş imzalanmışdır. Mərasimdə Berlində səfərdə olan Ukrayna Prezidenti Leonid Kuçma və Almaniyanın Federal kansleri Gerhard Şröder də iştirak etmişlər.
Sazişə uyğun olaraq, Almaniya bir sıra layihələrin maliyyələşdirilməsi üçün Ukraynaya 14 milyon avro ayıracaqdır.