UKRAYNA VƏ RUMINİYA “YUŞŞENKO-BESESKU” KOMİSSİYASI YARATMIŞLAR
Ukrayna lideri mətbuat konfransında bildirmişdir ki, bu komissiya çərçivəsində üç profil komitəsi - təhlükəsizlik və regional siyasət, humanitar siyasət komitələri və Qara dənizdə kontinental şelfin delimitasiyası məsələləri ilə məşğul olacaq xüsusi komitə yaradılacaqdır. Onun fikrincə, komissiya ikitərəfli münasibətlərin ən “həssas” və mürəkkəb məsələlərinə cavab tapmağa imkan verəcəkdir.
Rumıniya Prezidenti demişdir ki, “Yuşşenko-Besesku” komissiyası keçmişdən miras qalan mürəkkəb ikitərəfli məsələlərin həlli ilə yanaşı, ikitərəfli münasibətlərin gələcək inkişafının möhkəm strukturunu qurmalıdır.
Ukrayna-Rumıniya danışıqlarının yekunlarına əsasən, hər iki ölkənin dövlət sərhədində buraxılış məntəqələri haqqında hökumətlərarası saziş də imzalanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]