Ukraynada koronavirusdan ölüm halları artıb
Kiyev, 24 fevral, AZƏRTAC
Son sutka ərzində Ukraynada 5850 nəfər koronavirusa yoluxub ki, bu da son günlərin yuxarı göstəricisidir. Bu virusa ən çox yoluxma İvano-Frankovsk və Vinnitsa vilayətlərində qeydə alınıb. Son sutkada koronavirusa yoluxanların 3049-u xəstəxanaya yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyinin məlumatında qeyd edilir.
Ötən gün ölkədə koronavirusdan ölənlərin sayında da artım qeydə alınıb. Belə ki, son sutkada Ukraynada 152 nəfər koronavirusdan həyatını itirib.
Fevralın 23-nə olan vəziyyətə görə, Ukraynada 1 milyon 317 min 694 yoluxma faktı təsdiqlənib. Xəstələnənlərdən 1 milyon 155 min 422 nəfər müalicə olunaraq sağalıb. Pandemiya dövründə koronavirusdan ölənlərin sayı 25 min 461 nəfərdir.
Ukrayna hökuməti koronavirusa yoluxma halları artdığından bəzi vilayətlərdə göstəricilərə əsasən karantin rejimini sərtləşdirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]