Ukraynanın əks-hücum əməliyyatları zaman Rusiya 54 tank itirib
Moskva, 13 iyun, AZƏRTAC
Ukraynanın əks-hücum əməliyyatları zaman Rusiya 54 tank itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin hərbi müxbirlərlə görüşü zamanı məlumat verib.
O bildirib ki, Ukrayna iyunun 4-dən geniş əks-hücum əməliyyatlarına başlayıb. Bu əməliyyatlar zamanı Rusiya 54 tank itirib. Onun sözlərinə görə, Ukrayna tərəfinin 160 tankı, 360 zirehli maşını məhv edilib.
V.Putin ölkənin bütün ərazisində hərbi vəziyyət, eləcə də yenidən səfərbərlik elan edilməsinə hələlik ehtiyac olmadığını bildirib. Ukraynaya qarşı xüsusi hərbi əməliyyatın məqsədlərindən danışan V.Putin qeyd edib ki, bu məqsədlər “cari vəziyyətlə bağlı dəyişir, lakin bütövlükdə heç nə dəyişməyəcək, onlar (məqsədlər- red.) fundamental xarakter daşıyır”.
Bundan əlavə, V.Putin Rusiya regionlarının atəşə tutulması davam etdiyi təqdirdə, Ukrayna ərazisində sanitar zona yaradılacağını vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]