UKRAYNANIN MÜDAFİƏ NAZİRİ ƏSGƏRLƏRİNİ ƏFQANISTANA BURAXMAYACAQ
Onun sözlərinə görə, Əfqanıstana hərbi kontingent göndərilməsi “siyasi baxımdan düzgün qərar olmazdı”. Nazir vurğulamışdır ki, onun idarəsi Əfqanıstana dinc məqsədlərlə yardım göstərilməsinə müsbət yanaşır. Qritsenko demişdir: “O ki qaldı bu ölkəyə hərbi kontingent göndərilməsinə, müdafiə naziri kimi, mən bunun əleyhinə olacağam”.
Bununla yanaşı, o bildirmişdir ki, bu məsələ barədə qəti qərarı Milli Təhlükəsizlik və Müdafiə Şurası, Prezident və Ali Rada qəbul edəcəklər.
Şimali Atlantika İttifaqının üzvü olan ölkələrin xarici işlər nazirlərinin apreldə qeyri-formal görüşündə iştirak edən Ukrayna XİN-in başçısı Boris Tarasyuk bildirmişdi ki, Kiyev NATO-nun Əfqanıstanda apardığı əməliyyatlara qoşulmaq niyyətindədir.
Xatırladaq ki, Ukrayna sülhməramlılarının İraqda missiyası yalnız ötən ilin dekabrında başa çatmışdır. İraqda təxminən 1600 ukraynalı hərbi qulluqçu xidmət etmişdir. Onların 17-si həlak olmuş, 30-dan çoxu yaralanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:12]
“Qarabağ” futbol klubunda kadr dəyişikliyi baş verib
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]