“ULTRA” ŞİRKƏTİNİN MÜTƏXƏSSİSLƏRİ YENİ SİSTEM YARATMIŞLAR
PİPAY proqram təminatı kommunal xidmətlərin uçotu sahəsində işləyənlərin rəy, təklif və tələbləri əsasında yaradılmışdır.
Proqram işlənib hazırlanarkən Azərbaycanda ilk dəfə olaraq internet dəstəkləmə sistemi də nəzərə alınmışdır. Bu, istifadəçilərə istənilən zaman proqramı ardıcıl olaraq məlumatlandıran xüsusi səhifələrə daxil olmaq imkanı verir. Onlar maraqlandıqları suallara cavab, proqramı işləyib hazırlayanlardan məsləhətlər ala, digər operatorlarla ünsiyyət saxlaya bilərlər. Eyni zamanda, regionlarda proqramçının iştirakı tələb olunmur.
Proqram bir neçə operatora eyni məlumatla işləmək imkanı verir, ayrı-ayrı ünvanlardan daxil edilmiş məlumatları sinxronlaşdırmağa şərait yaradır. Şəbəkəyə bildirişlər, borcun məbləği haqqında məlumatlar daxil edilir, poçt idarəsində isə abunəçi ödənişinin uçotu aparılır, xidmət haqqını ödəyən və ödəməyən abunəçilər, ödəmə faizləri haqqında məlumat əldə edilir.
Bölgələrdə bu işin səmərəsi kompyuterləşdirmə səviyyəsi, kompyuterlərin sayı ilə yox, onların istifadə imkanlarına görə qiymətləndirilir. Artıq bu sistemdən respublikanın digər regionlarında da istifadə edilməyə başlanmışdır.