Ulu Öndərin 100 illiyinə həsr olunan stolüstü tennis üzrə turnirin qalibləri müəyyənləşib
Bakı, 6 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan “Top-8” ölkə turniri maraqlı mübarizə ilə yadda qalıb.
Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildirilib ki, “Şüa” İdman Kompleksində təşkil olunan şəxsi xarakterli yarışda kişilərin həlledici görüşündə Adil Əhmədzadəni məğlub edən Hilal Həsənov baş mükafata layiq görülüb. Vəzir Allahverdiyev üçüncü yeri tutub.
Qadınların final qarşılaşmasında isə Mərziyyə Nurmətovaya qalib gələn Məryəm İmanova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlk üçlüyü Aylin Əsgərova qapayıb.
Qeyd edək ki, “Top-8” turnirində son ölkə kuboku yarışını ilk səkkiz pillədə başa vuran idmançılar iştirak ediblər. Mükafatçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]