Ulyanovskdakı Xalqlar dostluğu parkının Azərbaycana aid hissəsinin açılışı olmuşdur
Ulyanovsk, 26 iyun (AZƏRTAC). Rusiyanın Ulyanovsk şəhərindəki Xalqlar dostluğu parkının Azərbaycana aid hissəsinin yenidənqurma işlərindən sonra açılışı olmuşdur.
Açılışda iştirak edən Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozov Azərbaycan diasporunun nümayəndələri ilə görüşmüşdür. O, cari ilin aprelində Azərbaycana səfəri zamanı parkın bərpası ilə bağlı məsələnin müzakirə edildiyini bildirmişdir. Qubernator demişdir ki, parkda milli abidənin bərpasına ilk olaraq məhz Azərbaycan diasporu başlamışdır.
1972-ci ildə əsası qoyulan park SSRİ dağıldıqdan sonra uzun müddət baxımsız vəziyyətdə qalmışdı. Son illər parkın bərpası məsələsi aktuallaşmış və bu istirahət məkanının Azərbaycana aid hissəsində yenidənqurma işlərini Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Ulyanovsk regional bölməsi öz üzərinə götürmüş və qısa müddətdə başa çatdırmışdır.
ÜAK-ın Ulyanovsk regional bölməsinin sədri İslam Hüseynov görülən işlər barədə quberantor S.Morozova məlumat vermişdir.
Parkın Azərbaycana aid hissəsindəki monumentdə ümummilli lider Heydər Əliyevin Rusiya və Azərbaycan münasibətləri ilə bağlı sözləri həkk olunmuşdur. Abidədə, həmçinin Azərbaycan tarixinin müxtəlif məqamlarını əks etdirən lövhələr vardır.
Mərasimin sonunda S.Morozov və İ.Hüseynov parkda ağac əkmişlər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Ulyanovsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]