CƏMİYYƏT
Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçiriləcək
![](/files/galleryphoto/2022/1/1200x630/1646218477634409925_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16462184772533932278_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/164621847730164681_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1646218477870150709_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16462184771509234370_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1646218477584064088_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16462184775252665455_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16462184773211920789_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1646218477592556153_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16462184774420123571_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16462184771078216684_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16462184771382750793_1200x630.jpg)
Bakı, 2 mart, AZƏRTAC
Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar martın 3-də Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçiriləcək.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva AZƏRTAC-a bildirib ki, ictimaiyyəti vəhşi təbiətin mühafizəsinə cəlb etmək, fauna və flora növlərinin müxtəlifliyi barədə məlumatlandırmaq və təbiətə qayğı göstərməyə səsləmək məqsədilə Ümumdünya Vəhşi Təbiət Günü 2013-cü ildən bütün dünyada qeyd edilir. Hər il müxtəlif adlar altında qeyd olunan Ümumdünya Vəhşi Təbiət Günü bu il “Ekosistemlərin bərpası üçün əsas növlərin bərpası” devizi altında keçirilir.
Xidmət rəsmisi həmin əlamətdar günü təbiət qoynunda keçirmək istəyən hər kəsi Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşən, zəngin təbii landşafta və özünəməxsus ekosistemə malik olan milli parklara səyahət etməyə dəvət edib.