ÜMUMİ DAXİLİ MƏHSULUN HƏCMİ ÇOXALMIŞDIR
İstehsal sahələrinin ÜDM-də xüsusi çəkisi 2004-cü ildəki 61,2 faizdən 66,2 faizədək yüksəlmiş, xidmət sahələrinin payı isə müvafiq olaraq, 31,2 faizdən 26 faizə enmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,8 faizini təşkil etmişdir.
Bu dövrdə sənayedə 25,4 trilyon manatlıq, yaxud ÜDM-in 48,6 faizi qədər, kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında 4,1 trilyon manatlıq (7,8 faiz), tikintidə 5,1 trilyon manatlıq (9,8 faiz), nəqliyyatda 3,0 trilyon manatlıq (5,8 faiz), rabitədə 1,2 trilyon manatlıq (2,3 faiz), topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri üzrə xidmətlər sahəsində 3,5 trilyon manatlıq (6,7 faiz), mehmanxana və restoranlarda xidmət sahəsində 342,4 milyard manatlıq (0,7 faiz), sosial və digər xidmətlər sahəsində 5,5 trilyon manatlıq (10,5 faiz) əlavə dəyər yaranmışdır.
Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 23,9 faiz artaraq, 6,3 milyon manat və ya 1335 ABŞ dolları təşkil etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:39]
Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
- 08.10.2026 [11:27]
Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib
- 08.10.2026 [11:22]