ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon avqustun 14-də Fəxri xiyabana gəlmişdir.
Burada ali qonağı və nümayəndə heyətinin üzvlərini Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıqov, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər rəsmi şəxslər qarşıladılar.
Tacikistan dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq məzarı önünə əklil qoydu.
Tacikistanın Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ali qonağa Fəxri xiyabanın tarixi barədə məlumat verdi.