ÜMUMMİLLİ LİDERİMİZİN NURLU XATİRƏSİ ÖLKƏMİZİN ÇİNDƏKİ SƏFİRLİYİNDƏ ANILMIŞDIR
Mərasimdə səfir Y.Əliyev çıxış edərək, dövlətimizi beynəlxalq aləmdə tanıtmış və xalqımızın tarixində misilsiz xidmətləri olan Azərbaycanın dahi oğlu Heydər Əliyevin xidmətlərindən danışmışdır.
Daha sonra ümummilli lider Heydər Əliyev haqqında “Böyük ömrün anları” filmi nümayiş etdirilmişdir. Filmin nümayişindən sonra Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Qazaxıstan, Özbəkistan və Tacikistan səfirləri dünya şöhrətli siyasi xadim Heydər Əliyev haqqında unudulmaz xatirələrini danışmışlar.
Mərasimin sonunda səfirlər ümummilli lider Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirmişlər.
X X X
Heydər Əliyevin vəfatının ikinci ildönümü ilə əlaqədar Çində təhsil alan azərbaycanlı tələbələr adından Aqşin Əliyev AZƏRTAC-a məktub göndərmişdir. Məktubda Azərbaycan xalqının ümummilli lideri, xalqımızın tarixində təkrarsız bir şəxsiyyət, Azərbaycan gənclərinin humayədarı Heydər Əliyevin xatirəsinin heç vaxt unudulmayacağı vurğulanmışdır.