Ümumtəhsil məktəblərində qiymətləndirmə ilə bağlı görüş keçirilib
Bakı, 14 mart, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən (BŞTİ) ümumtəhsil məktəblərində qiymətləndirmə və keyfiyyət monitorinqinə həsr olunmuş görüş keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, idarənin Təhsilin keyfiyyətinə nəzarət və Ümumi təhsilin təşkili sektorları tərəfindən onlayn keçirilən görüşdə məktəb direktorları iştirak ediblər.
Görüşdə tədrisin keyfiyyətinin artırılması və şagirdlərin biliyinin düzgün qiymətləndirilməsi, məktəbdaxili qiymətləndirmədə müasir yanaşmaların tətbiqi, ümumtəhsilin dövlət standartları sənədində qarşıya qoyulmuş idarəetmə prinsiplərinə riayət olunması və digər mövzulara dair fikir mübadiləsi aparılıb. Direktorlara ümumtəhsil müəssisələrində keyfiyyətin qiymətləndirmə çərçivəsi təqdim olunub.
Sonda qiymətləndirmə çərçivəsi ilə bağlı məktəb rəhbərlərini maraqlandıran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]