Azərbaycan Dövlət İnformasiya Agentliyi

UNEC-də müzakirə: Vətən müharibəsinin əhalinin həyat məmnuniyyətinə gözlənilən təsirləri

Bakı, 6 noyabr, AZƏRTAC

Noyabrın 6-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Vətən müharibəsinin əhalinin həyat məmnuniyyətinə gözlənilən təsirləri” mövzusunda onlayn müzakirələr aparılıb və tədqiqatların nəticələri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, UNEC-in rektoru, professor Ədalət Muradov sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təcavüzünə cavab olaraq şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatı keçirdiyini diqqətə çatdırıb. Rektor 30 ildir işğal altında olan ərazilərimizin böyük hissəsinin Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən azad edildiyini bildirib. Vətən müharibəsinin başladığı andan UNEC-in bu savaşa dəstək və töhfələr vermək məqsədilə çıxış etdiyini vurğulayan rektor, universitetin İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu tərəfindən bu istiqamətdə 5 seminar keçirildiyini deyib. Azərbaycan və Ermənistan iqtisadiyyatının müqayisəli təhlilinə həsr olunan seminarların nəticələrinə görə, Azərbaycan iqtisadiyyatının güclü, Ermənistan iqtisadiyyatının isə zəif olduğunun bir daha təsdiqləndiyini qeyd edib. Azərbaycanla müharibə aparmaq üçün Ermənistanın resurslarının artıq tükəndiyini, Azərbaycanın isə torpaqlarını işğaldan azad etməsi üçün yetərincə gücü olduğunu diqqətə çatdırıb.

UNEC-də 30-dan artıq tədqiqat mərkəzinin fəaliyyət göstərdiyini deyən rektor, onlar tərəfindən Vətən müharibəsinin təsirləri ilə bağlı müxtəlif istiqamətlərdə tədqiqatlar aparıldığını və əldə olunan nəticələrin müzakirəsi barədə silsilə tədbirlərə start verildiyini bildirib.

Professor Ədalət Muradov ölkəmizdə və xaricdə yaşayan azərbaycanlı iqtisadçı alimləri həmin tədqiqatlara qoşulmağa dəvət edib, birgə səylər nəticəsində qələbə gününün daha da yaxınlaşmasına töhfələr verilə biləcəyini vurğulayıb.

Tədbirin moderatoru, UNEC rektorunun müşaviri, dosent Elşən Bağırzadə mövzunun aktuallığına diqqət çəkərək, əhalinin məmnunluq səviyyəsinin, xoşbəxtlik iqtisadiyyatı adlandırılan bu sahənin ölkədə çox az tədqiq edildiyini və iqtisad elmində yeni olduğunu bildirib. Ciddi araşdırmalar tələb edən həmin sahənin dünyada geniş inkişaf etdiyini və bu istiqamətdə aparılan tədqiqatların Azərbaycan üçün faydalı olacağını bildirib.

Sonra UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri Xətai Alıyev mövzuya dair təqdimatla çıxış edib. Məruzəçi Vətən müharibəsinin, Qarabağın azad olunması aspektində əhalinin həyat məmnunluğu səviyyəsinə təsir göstərən qeyri-maddi və maddi faktorlarını açıqlayıb. O, Vətən müharibəsində qazanılacaq zəfərin ölkə əhalisinin həyat məmnuniyyətinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcəyini, post-müharibə dövründə xalq-dövlət birliyində strateji kommunikasiyanın doğru qurulmasının bu təsiri daha da möhkəmləndirəcəyini bildirib. Müharibə yekunlaşdıqdan sonra həyat məmnunluğuna və digər sosial göstəricilərə təsirin sorğu əsasında qiymətləndirilməsinin aparılacağını da diqqətə çatdırıb.

Tədbirdə çıxış edən professor Akif Musayev torpaqların işğal olunmasının ölkəyə iqtisadi və sosial təsirlərindən danışıb. O, dövlət tərəfindən bu sahədə yaranan problemlərin həlli istiqamətində məqsədyönlü kompleks tədbirlər həyata keçirildiyini bildirib. Professor A.Musayev Vətən müharibəsindən sonra azad olunan ərazilərimizin ölkənin iqtisadi inkişafı üçün mühüm mənbələr kimi çıxış edəcəyini deyib.

ABŞ-ın Texas A&M Universitetinin müəllimi Samir Hüseynov əhalinin məmnuniyyətində psixoloji amillərin rolundan danışıb. Müharibədən sonra milli kimliyin formalaşmasının, ədalətin bərpasının sosial və iqtisadi münasibətlərə gözlənilən müsbət təsirlərini açıqlayıb.

Atatürk Universitetinin professoru Kərəm Karabulut Türkiyənin hər zaman qardaş ölkənin yanında olduğunu, bu qardaşlığın əbədi və sarsılmazlığını iştirakçıların diqqətinə çatdırıb. Əslən Xankəndidən olan türkiyəli alim işğal altında olan Azərbaycan torpaqlarının tezliklə azad olunacağından əminliyini ifadə edərək, həmin ərazilərin iqtisadi inkişaf potensialından danışıb. Bildirib ki, sahib olduğu təbii ehtiyatların miqdarına və keyfiyyətinə görə Qarabağın ölkənin iqtisadi inkişafında əhəmiyyətli payı var. Alim öz hesablamasına görə, Qarabağın Azərbaycanın ÜDM-ni illik 10 milyard ABŞ dolları həcmində artırma potensialına malik olduğu bildirib. Ermənistanın Qarabağda törətdiyi təxribatla Azərbaycana vurduğu zərərin məbləğinin isə təxminən 300-400 milyard dollar dəyərində hesablandığını deyib. Alim işğaldan azad olunacaq ərazilərin bərpasının və iqtisadi inkişafının hər iki ölkəyə qazandıracağı töhfələrdən danışıb, Azərbaycanın regionda iqtisadi gücünün əhəmiyyətli dərəcədə artacağını bildirib.

Müzakirələrdə UNEC-in professor-müəllim heyəti, tədqiqat mərkəzlərinin əməkdaşları, ölkənin tanınmış iqtisadçıları, habelə ABŞ və Türkiyə universitetlərinin alimləri iştirak ediblər.

Sonda iştirakçılar aparılan müzakirələrin və tədqiqatların nəticəsinin cəmiyyət üçün faydalı olduğunu, belə araşdırmaların davam etdirilməsinin vacibliyini bildiriblər.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası