UNEC-də növbəti müzakirə: Müharibədən sonra Qarabağın iqtisadiyyatı
Bakı, 17 noyabr, AZƏRTAC
Noyabrın 18-də Azərbaycan Dövlət İqtisad Universitetində UNEC) Qarabağ iqtisadiyyatı ilə bağlı növbəti müzakirələr keçiriləcək.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, budəfəki müzakirələr “Müharibədən sonra Qarabağın iqtisadiyyatı: Regional İnnovasiya-Texnoloji Mərkəzin və dəyər zəncirinin mühüm həlqəsi kimi” mövzusuna həsr olunacaq.
UNEC-in rektoru, professor Ədalət Muradovun moderatorluğu ilə keçiriləcək tədbirdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Milli Məclisin komitə sədri Tahir Mirkişili, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov və Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin rəhbəri, dosent Altay İsmayılov mövzu ilə bağlı təqdimatlarla çıxış edəcəklər.
Müzakirələrin sonunda suallar cavablandırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:52]
Bakı Dövlət Universiteti “ADEX 2026”da təmsil olunur
- 30.09.2026 [18:37]
Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
- 30.09.2026 [17:34]
Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub
- 30.09.2026 [17:25]