UNEC-də “Xəmsə” milli intellektual oyunu üzrə “Cümhuriyyət kuboku” turniri keçirilib
Bakı, 24 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Maliyyə və mühasibat fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “FİSCAL” İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 103-cü illiyinə həsr olunan fərdi “Xəmsə” milli intellektual oyunu üzrə “Cümhuriyyət kuboku” turniri keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, beş mərhələdən ibarət virtual yarışmada bütün fakültələr üzrə ümumilikdə 74 tələbə iştirak edib. Tələbələrin böyük maraq və həyəcanla izlədikləri turnirin finalında Magistratura Mərkəzinin magistrantı Pərvin Hüseynov qalib olub. İkinci yeri Maliyyə və mühasibat fakültəsinin tələbəsi Rəşid Mahmudlu, üçüncü yeri isə Pərvin Hüseynov qazanıb.
UNEC THİK tərəfindən I yerin sahibinə 50 manat, II yerin sahibinə 30 manat, III yerin sahibinə isə 20 manat pul mükafatı və diplomlar təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]
“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub
- 12.10.2026 [16:34]