UNEC əməkdaşlarının “Scopus” indeksli əsərlərinin elmmetrik göstəriciləri
Bakı, 21 dekabr, AZƏRTAC
Nüfuzlu elmi nəşr platforması olan “Scopus”da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 1997-2023-cü illər ərzində 674 elmi əsəri indekslənib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, həmin elmi əsərlər 284 adda elmi nəşrdə çap olunub. Noyabr ayının məlumatına əsasən, bu elmi əsərlərin 28 faizi Q1, 33 faizi Q2, 36 faizi Q3, 24 faizi Q4 kvartilli jurnallarda dərc olunub. On faiz jurnalın isə “Scopus” elmi nəşr platformasındakı fəaliyyəti dayandırılıb. Ümumilikdə, UNEC nümayəndələrinin 2017-ci ildən Q2 kvartilli, 2018-ci ildən isə Q1 kvartilli jurnallarda dərc olunan elmi əsərlərinin artım dinamikası da sürətlənib. Elmi əsərlərin nəşr olunduğu jurnalların 13 faizi sosial elmlərə, 11 faizi iqtisadiyyat, ekonometrika və maliyyəyə, 11 faizi mühəndisliyə, 10 faizi isə biznes, menecment və mühasibat uçotuna və s. aiddir. Bu elmi jurnalların 35 faizində istinad sayı 50 faizdən aşağı, 65 faizində isə 50 faizdən yuxarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:38]
ADU beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verir
- 16.10.2026 [11:31]
UNEC beynəlxalq reytinqdə uğur qazanıb
- 16.10.2026 [11:20]
AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub
- 16.10.2026 [10:27]