UNEC-in alimi beynəlxalq konfransın elmi komitəsinə üzv seçilib
Bakı, 8 yanvar, AZƏRTAC
Yanvarın 21-22-də Çexiyada “Ənənəvi və bərpa olunan enerji ehtiyatları: 21-ci əsrdə perspektivlər və paradiqmalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, universitetin “SABAH” Mərkəzinin rəhbəri, dosent Aida Quliyeva nüfuzlu beynəlxalq konfransın elmi komitəsinə üzv seçilib.
Beynəlxalq konfransın elmi komitəsində Azərbaycanla yanaşı, Çin Xalq Respublikası, Rusiya, Serbiya, Polşa, Ukrayna, Kolumbiya, Belarus və Moldovanın alimləri təmsil olunurlar.
Beynəlxalq konfransın materialları “Scopus” bazasında indeksləşəcək.