UNEC-in rektoru canlı yayıma çıxacaq
Bakı, 23 aprel, AZƏRTAC
Karantin dövründə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rəhbərliyinin tələbə, müəllim, digər əməkdaşlar, eləcə valideynlərlə canlı əlaqəsinin qurulması, “Açıq qapı” ənənəsinin davam etdirilməsi və müraciətlərin dinlənilməsi məqsədilə rektor, professor Ədalət Muradov “Facebook” üzərindən canlı yayıma çıxacaq.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, rektor canlı yayımda müraciətləri cavablandırmaqla yanaşı, karantin dövründə universitetdə tətbiq olunan yeniliklər barədə də məlumat verəcək.
Canlı yayım aprelin 25-də saat 11-də UNEC-in rəsmi “Facebook” (https://www.facebook.com/unecedu/) səhifəsi üzərindən aparılacaq. Müraciət etmək istəyənlər suallarını canlı yayım zamanı ünvanlaya bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]
“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub
- 12.10.2026 [16:34]
AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar
- 12.10.2026 [16:17]
Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər
- 12.10.2026 [16:10]
Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb
- 12.10.2026 [15:48]