UNEC İnnovativ Gənclər Təşkilatı yaradılıb
Bakı, 24 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) gənclərin inkişafına və innovativ fəaliyyətinə dəstək vermək məqsədilə yeni tələbə təşkilatı yaradılıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, yeni təşkilat tələbələrin innovasiya sahəsindəki fəaliyyətlərinin artırılmasına, onların elm, təhsil, texnologiya, dizayn, sahibkarlıq və digər sahələrdə ideyalarının həyata keçirilməsinə dəstək olacaq. Eyni zamanda, gənclərin sosial fəaliyyətlərinin müzakirəsi, müxtəlif innovativ layihələrin hazırlanması ilə bağlı tədbirlər və təlimlər təşkil edəcək.
Təşkilat öz fəaliyyəti ilə UNEC-in gənclər siyasətinə, tələbələrin universitet həyatında daha fəal iştirakına və innovasiyalara yönəlmiş layihələrin həyata keçirilməsinə töhfə verəcək.
İnnovativ Gənclər Təşkilatının sədri UNEC Dizayn Məktəbinin IV kurs tələbəsi Samir İsmayılzadədir.
Təşkilata üzv olmaq üçün link vasitəsilə qeydiyyatdan keçmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]
“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub
- 12.10.2026 [16:34]
AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar
- 12.10.2026 [16:17]
Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər
- 12.10.2026 [16:10]
Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb
- 12.10.2026 [15:48]