UNESCO-nun elan etdiyi müsabiqənin qalibi Bakıda MINEPS VII beynəlxalq konfransında açıqlanacaq
Bakı, 6 may, AZƏRTAC
UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin “Fit for Life” təşəbbüsü üçün ən yaxşı loqo müsabiqəsinə start verib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir ki, layihənin əsas məqsədi daha çox insanı idmana cəlb etmək və onların yaradıcılığını genişlətməyə imkan yaratmaqdır. UNESCO Sosial və humanitar elmlər bölməsinin həyata keçirdiyi müsabiqədə azərbaycanlı mütəxəssislər də iştirak edə bilərlər.
Müsabiqənin qalibi Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin bu il iyunun 26-29-da Bakıda keçiriləcək beynəlxalq konfransında (MINEPS VII) elan olunacaq.
Müsabiqənin şərtləri və loqonun texniki xüsusiyyətləri ilə bağlı ətraflı məlumatı bu link - https://bit.ly/3VAsn9r vasitəsilə əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]