“Universiada-2023”ün könüllülərlə bağlı proqramı hazırlanacaq
Bakı, 7 oktyabr, AZƏRTAC
Ural Federal Universiteti (UFU) və “Universiada-2023”ün təşkilatçıları Yekaterinburqda keçiriləcək Oyunlar üçün könüllülərlə bağlı proqram hazırlayacaqlar.
AZƏRTAC xəbər verir ki, bu barədə “Universiada-2023”ün icraçı direktoru Aleksandr Çernov məlumat verib. O qeyd edib ki, “Universiada-2023” İcraiyyə Komitəsi ilə UFU arasında bu barədə razılaşma imzalanacaq.
Universiadanın Yekaterinburqda keçirilməsi ilə bağlı qərar 2019-cu il iyulun 2-də Beynəlxalq Universitet İdmanı Federasiyasının (FISU) İcraiyyə Komitəsi tərəfindən verilib.
Qeyd edək ki, XXXI Ümumdünya Yay Universiadası 2021-ci ildə Çinin Çendu şəhərində təşkil olunacaq. Ötən il İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [22:20]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]