Ursula Fon der Lyayenə qarşı etimadsızlıq votumu üzrə yeni səsvermə keçirilə bilər
Bakı, 4 sentyabr, AZƏRTAC
Avropa Parlamentində Ursula Fon der Lyayenə qarşı yenidən etimadsızlıq səsverməsi təşəbbüsü irəli sürülüb.
AZƏRTAC xəbər verir ki, “Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Avropa Parlamentindəki “Sosialistlər və Demokratların Proqressiv Alyansı” son səsvermədən təxminən ay yarım sonra Avropa Komissiyasının (AK) sədri Ursula Fon der Lyayenə qarşı etimadsızlıq səsverməsinin keçirilməsini təklif edib və təşəbbüs üçün imzatoplama kampaniyasına başlayıb. Onlar AK sədrini Qəzza məsələsində passivlikdə, ABŞ-la imzalanan qeyri-qənaətbəxş ticarət razılaşmasında və yaşıl siyasətdən imtina etməkdə günahlandırırlar.
Qeyd edək ki, solçular etimadsızlıq votumunun gündəliyə salınması üçün lazım olan 26 deputatın imzasını toplasalar, oktyabr ayında məsələ ilə bağlı səsvermə keçirilə bilər.
Xatırladaq ki, bundan öncə iyulun 10-da Avropa Parlamenti Ursula Fon der Lyayenə qarşı əvvəl təqdim edilən etimadsızlıq səsverməsini rədd edib. Buna baxmayaraq, deputatların üçdəbirinin etimadsızlıq votumunu dəstəkləməsi Avropa İttifaqında rezonans doğurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]