Uşaq İncəsənət Festivalı Gəncədə - FOTOREPORTAJ



























Gəncə, 22 aprel, Elcan Məmmədov, AZƏRTAC
Gəncədə Uşaq İncəsənət Festivalı çərçivəsində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi tərəfindən bir sıra tədbirlər keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Dövlət Filarmoniyasının ərazisində yerləşən açıq hava teatrında Gəncə Dövlət Kukla Teatrı tərəfindən “Milçək Vizilçək” tamaşası nümayiş etdirilib. Balacaların böyük maraqla izlədiyi tamaşa onları həm əyləndirib, həm də maarifləndirib.
Bundan əlavə, festival zonasında “Gəncəsənət” adlı sərgi təşkil olunub. Sərgidə uşaqların və gənc yaradıcıların əl işləri, təsviri və tətbiqi sənət nümunələri sərgilənib, onların bacarıqları nümayiş etdirilib.
Tədbir çərçivəsində əyləncə guşələri yaradılıb, interaktiv proqramlar keçirilib, uşaqların asudə vaxtları səmərəli təşkil olunub.
Bədii hissədən sonra iştirakçılar münsiflər qarşısında festivala dair çıxışlarını nümayiş etdiriblər.