ÜST: Koronavirusdan ölüm halları son həftə ərzində 20 faiz azalıb
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 15-dən 21-dək dünyada koronavirusa yoluxma halları əvvəlki həftə ilə müqayisədə 11 faiz, ölüm halları isə 20 faiz azalıb. Virusa yoluxmada artıq ardıcıl olaraq altıncı həftədir azalma müşahidə edilir.
AZƏRTAC xəbər verir ki, bu faktlar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrə şəhərində dərc olunan həftəlik epidemioloji bülletenində yer alıb.
“Artıq altıncı həftədir ki, dünyada yeni yoluxmalar ardıcıl olaraq azalır. Ötən həftə ərzində 2 milyon 457 min 26 yoluxma və 66 min 359 ölüm halı qeydə alınıb. Fevralın 21-nə olan məlumata əsasən, indiyə qədər dünya üzrə koronavirusa 110 milyon 763 min 898 nəfər yoluxub, 2 milyon 455 min 331 nəfər həyatını itirib”, - deyə sənəddə bildirilir.
ÜST-nin məlumatına görə, yoluxma hallarının azalması ən çox Şimali və Cənubi Amerikada (19 faiz), Qərbi Sakit okean regionunda (9 faiz), Avropada (7 faiz) və Şərqi Aralıq dənizi regionunda (7 faiz) müşahidə edilib. Həmin regionlarda ölüm hallarında da azalma qeydə alınıb: müvafiq olaraq 23, 6, 19 və 3 faiz. Koronavirusdan ölüm hallarının sayı Afrikada 20 faiz, Cənub-Şərqi Asiyada isə 6 faiz aşağı düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]