ÜST: Qlobal istiləşmə denge qızdırmasına yoluxma hallarında rekord saya səbəb ola bilər
Bakı, 22 iyul, AZƏRTAC
Orta temperaturların yüksəlməsi, yağıntı həcminin artması və quraqlıq dövrlərinin uzanması ilə xarakterizə olunan qlobal istiləşmə dünyada denge qızdırmasına yoluxma hallarında rekord saya səbəb ola bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib. “Yer kürəsi əhalisinin demək olar ki, yarısı təxminən 129 ölkədə denge qızdırmasına yoluxma riskinə məruz qalıb, - deyə ÜST-nin Tropik xəstəliklər ilə mübarizə üzrə Qlobal proqramının rəhbəri, doktor Raman Velayudan bildirib. - Bizim qiymətləndirmələrimizə görə, hər il bu xəstəliyə 100-dən 400 milyona qədər yoluxma halı qeydə alınır”. Həmçinin sınıq sümük qızdırması adlanan denge qızdırması insanlara ağcaqanadlar vasitəsilə keçirilən ən çox yayılmış virus infeksiyasıdır. Denge qızdırmasına yoluxmuş insanların əksəriyyətində heç bir simptom olmur və onlar bir-iki həftəyə sağalırlar. Lakin bəzi insanlarda denge ağır formada keçir və onlara stasionar müalicə tələb olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]