ÜST rəhbəri ABŞ-ın Suriyaya qarşı sanksiyalarının yumşaldılmasını yüksək qiymətləndirib
Bakı, 12 fevral, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus ABŞ-ın Suriyaya qarşı sanksiyalarının yumşaldılmasını yüksək qiymətləndirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ÜST-nin tviter hesabında yayımlanan mətbuat konfransında Tedros Adhanom Qebreyesus, həmçinin Suriya hökumətinin BMT-nin humanitar yüklərinin transsərhəd hərəkətini genişləndirmək üzrə tədbirləri dəstəkləməsini müsbət qiymətləndirib. O xatırladıb ki, bazar günü ÜST Suriya və Türkiyədə humanitar əməliyyatlara dəstək üçün beynəlxalq birliyə 43 milyon dollar ayrılması barədə müraciət edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]