Azərbaycan Dövlət İnformasiya Agentliyi

Uxan koronavirusu Yaponiya iqtisadiyyatına da böyük ziyan vurur

Uxan koronavirusu Yaponiya iqtisadiyyatına da böyük ziyan vurur

Tokio, 4 fevral, AZƏRTAC

Çinin Uxan şəhərindən yayılmağa başlayan yeni 2019 nCoV koronavirusu bu gün demək olar ki, bütün dünyanın diqqət mərkəzindədir və dünya KİV-lərinin ən çox diqqətdə saxladığı mövzulardan birinə çevrilib. Sürətlə dünyanın böyük bir hissəsinə yayılan həmin xəstəlik müasir səhiyyənin beynəlxalq böhranına səbəb olub. Hazırda, həkimlər və sahənin digər mütəxəssisləri bu virusun yayılmasının qarşısını almaq üçün vasitə axtardığı bir vaxtda Çin və ətraf ölkələrin, o cümlədən Yaponiyanın iqtisadiyyatı onun ciddi təsirini hiss etməkdədir.

Fevralın 4-də Çinin səhiyyə orqanlarının yaydığı məlumata əsasən, həmin virusa yoluxanların sayı artıq 20 mini keçib. Bu, əvvəlki gün ilə müqayisədə 3 min nəfər çox deməkdir. Xəstəliyə yoluxanlardan 425 nəfərin öldüyü qeyd edilir ki, bu da 2003-cü ildə yayılmış SARS virusu ilə əlaqədar ölənlərin sayını artıq keçib. Həmin vaxt 349 nəfər ölmüşdü.

Xəstələrin yerləşdirilməsi üçün Çin hökumətinin qısa müddətdə xüsusi xəstəxana inşa etməsi, onun bu hadisəyə necə ciddi yanaşdığını təsdiq edir. Lakin bir xəstəxana tibb müəssislərinin və həkimlərin çatışmadığı bu region üçün problemin heç də tam həlli demək deyil. Uxandan yayılan məlumatlar, şəhərin boş küçələri, xəstəxanaların pasientlərlə dolu olduğu gözləmə otaqları vəziyyətin heç də yaxşı olmadığını təsdiq edir.

Doğrudur, bəzi dövlətlərin hakimiyyət orqanları artıq hay-küyün və yalan informasiyaların yayılmasının qarşını almağa çalışsalar da, böhran getdikcə daha ciddi hal almaqda davam edir. Məsələ burasındadır ki, Çinli turistlərin sürətli və geniş miqyaslı hərəkəti nəticəsində Uxan koronavirusunun yeni xəstəliyin mənbəyi kimi təsdiq edilməsindən ötən cəmi bir neçə həftə ərzində bu xəsətəlik artıq dünyanın böyük bir ərazisinə yayılıb. Belə ki, mövcud faktlar onun Çindən kənardakı 26 regionda və ölkədə yayıldığını və həmin ərazilərdə artıq 200 nəfərin bu virusa yoluxduğunu təsdiq edir. Fevralın 2-də Çindən kənarda, Filippində ilk ölüm halının qeydə alındığı da bildirilir. Bu ölkənin səhiyyə təşkilatları Uxandan yanvarın 21-də Honkonq vasitəsilə Filippinə gəlmiş 44 yaşlı kişinin məhz həmin virusdan vəfat etdiyini təsdiq ediblər.

Bununla yanaşı, mütəxəssislərin qənaətinə görə, yeni virus həm Çinin, həm də ətraf ölkələrin iqtisadiyyatına güclü mənfi təsir göstərməkdədir.

Yaponiyada artıq həmin virusa yoluxma ilə əlaqədar 20 hal qeydə alınıb. Bu ölkə geniş yayılmanın qarşısını hələlik ala bilsə də, artmaqda davam edən qlobal narahatlıq onun iqtisadiyyatına güclü ziyan vurmağa başlayıb.

İlk olaraq bu, ölkənin turizm sənayesində özünü göstərir. Yaponiya turizm sənayesi Çindən çox asılıdır. Belə ki, ötən il bu ölkəyə gələn əcnəbi turistlərin 30 faizi məhz Çinin payına düşür. Əcnəbi turistlərin Yaponiyada xərclədiyi vəsaitin 35 faizi də Çinli turistlərin hesabınadır.

Yaponiya aviaşirkətləri hazırda güclü “eniş”lə qarşılaşıblar. Yaponiyanın aparıcı aviaşirkətlərindən olan “Japan Airlines”-ın (JAL) yaydığı məlumata görə, yanvarın 20-dən, Uxan virusunun ölkədən kənarda ilk qeydə alınmasından ötən dövr ərzində Çinə hərəkət edən reyslərdə bronlaşdırma 25 faiz azalıb. Şirkət bəyan edib ki, reyslərin azaldılması və vəziyyətdən asılı olaraq hətta tamamilə dayandırılması üzərində düşünür.

“All Nippon Airways” (ANA) şirkəti isə ötən illə müqayisədə Çinə reyslərdə bronlaşmanın 40 faiz azaldığını bildirib. Geriyə hərəkət zamanı isə onun 50 faiz endiyi bəyan edilib.

Epidemiya avtomobil istehsalı sənayesinə də öz təsirini göstərməkdədir. Hazırda Çin hökumətinin Ay təqvimi ilə bağlı Yeni il tətilinin uzadılması barədə qərarından sonra bu şirkətlər Çində olan zavodların fəaliyyətini dayandırmamaq üçün bütün güclərini sərf edirlər.

“Toyota” şirkəti tətildən sonra zavodlarını fevralın əvvəllərində açacağını elan etsə də bunun ayın 10-dan sonrayadək təxirə salındığını bildirib. “Honda” şirkəti isə Uxan şəhərindəki zavodda tətili fevralın 13-dək uzatdığını elan edib. Digər şəhərlərdəki zavodların ayın 9-da açılacağı bildirilir. “Mazda” və “Mitsubichi” də eyni addımları atmaq məcburiyyətində qalıblar.

Bununla yanaşı, Yaponiyanın bir çox şirkətləri virusun yayılmasına qarşı profilaktik tədbirləri gücləndirirlər. Məsələn həmin şirkətlərin bir qismi Çində bu yaxınlarda ezamiyyətdə olmuş əməkdaşlarına evdən işləmək icazəsi verib.

Yaoniyanın onlayn ticarət nəhəngi olan “Rakuten” şirkəti Çinə bütün işgüzar səfərləri təxirə salıb. Bu şirkət, həmçinin yanvarın 16-dan sonra müxtəlif səbəblərə görə həmin ölkədə olmuş əməkdaşlarına iki həftə müddətinə evdə işləməyi tövsiyə edib. Yaponiyanın “Nomura Holdings” böyük broker şirkəti də yanvarın 15-dən sonra Çində olmuş əməmkdaşlarına həmin təkliflə müraciət edib.

“Pasona Group” şirkəti isə əməkdaşlarına iş saatlarını dəyişməyi təklif edib. Eyni zamanda, əməkdaşların ofisdən kənarda da işi davam etdirə bilməsi üçün onlarla videokonfransların keçiriləcəyi bildirilib.

Xatırladaq ki, Çin dünyanın ikinci iqtisadiyyatına malikdir və demək olar ki, bütün ölkələrlə qırılmaz əlaqələri var. Bəzi mütəxəssislərin güman etdiyi kimi, virusun yayılması bir neçə ay davam edəcəyi təqdirdə bu, bütün dünyada çox ciddi böhrana və iqtisadiyyatın çökməsinə səbəb ola bilər. Dünyanın böyük bir hissəsi həmin virusdan qoruna bilsə də, onun iqtisadi təsiri Yer kürəsinin hər bir küncündə hiss olunacaq.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər