Valeri Kolyux: Ukraynadakı Azərbaycan diasporu mütəşəkkildir
Kiyev, 16 iyun, AZƏRTAC
Azərbaycan və Ukrayna parlamentləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi prioritet məsələdir.
Bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında Azərbaycan-Ukrayna Parlamentlərarası Dostluq Qrupunun həmsədri Valeri Kolyux söyləyib.
Deputatın sözlərinə görə, pandemiya dövründə parlamentlərarası dostluq qrupunun rəhbərləri arasında onlayn görüşlər keçirilib, birgə fəaliyyətin perspektivləri müzakirə olunub. Təyyarə uçuşlarının bərpasından sonra Azərbaycan Parlamentinin deputatlarının Ukraynaya səfəri gözlənilir. Səfər çərçivəsində birgə fəaliyyətin detalları müzakirə ediləcək.
“Azərbaycan Ukraynanın strateji tərəfdaşıdır. Pandemiya dövründə Ukraynaya ilk yardım edən ölkələrdən biri də Azərbaycan oldu. Bu, bir daha bizim dost münasibətlərimizin göstəricisidir”, - deyə V.Kolyux əlavə edib.
Ukraynadakı soydaşlarımızın fəaliyyətinə toxunan deputat bildirib: “Azərbaycanın xaricdəki ən böyük diasporlarından biri də Ukraynadadır. Ölkəmizdəki Azərbaycan diasporu mütəşəkkil və həmrəy olub. Azərbaycanlıların birləşmək, öz mövqelərində ardıcıl olmaq bacarığı bizim üçün yaxşı nümunədir”, - deyə V.Kolyux qeyd edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [19:20]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:18]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [17:56]
Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL
- 08.10.2026 [17:43]
Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni
- 08.10.2026 [17:33]