Vans: Ukrayna yardımın bərpası üçün masa arxasına gəlməli və danışıqlara başlamalıdır
Vaşinqton, 5 mart, AZƏRTAC
“Ukrayna yardımın bərpası üçün masa arxasına gəlməli və danışıqlara başlamalıdır”.
AZƏRATAC-ın məlumatına görə, bu sözləri ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vans jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Prezident Donald Tramp hələ də nadir minerallarla bağlı sazişə sadiqdir.
“Biz Ukraynanın suveren və müstəqil ölkə olmasını istəyirik. Biz Ukrayna qoşunlarının çox cəsarətlə döyüşdüyünü düşünürük, lakin biz elə bir nöqtəyə gəlib çatmışıq ki, nə Avropa, nə ABŞ, nə də ukraynalılar bu müharibəni sonsuza qədər davam etdirə bilməyəcəklər. Ona görə də hamının masa arxasına gəlməsi vacibdir. Prezidentin mesajı isə çox açıqdır: ukraynalılar masa arxasına gəlməli və minerallarla bağlı sövdələşmə üçün Prezident Trampla danışıqlara başlamalıdırlar”, - deyə vitse-prezident əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]