Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vaqif Zeyidquliyev: İstanbuldakı fəaliyyətim rəssamlıqdan çox, tarixə toxunmaqdır

İstanbul, 28 yanvar, Günel Karatepe, AZƏRTAC

Bəzi insanlar var ki, təsadüflər onları bir tərəfdən alıb, başqa bir yerə götürür. Bunu necə dəyərləndirmək isə bəzən bizdən, bəzən isə taleyin hökmündən asılı olur. Belə insanlardan biri də hazırda fəaliyyətini İstanbulda davam etdirən azərbaycanlı rəssam Vaqif Zeyidquliyevdir. İstanbula gələn rəssam Türkiyənin dünya üzrə ən məşhur tarixi məkanlarının restavrasiya işlərinə cəlb edilir.

Vaqif Zeyidquliyev həyat hekayəsini AZƏRTAC-a danışıb.

Rəssamlığa uşaq yaşlarından başladığını bildirən həmsöhbətimiz xatirələrini bizimlə bölüşüb: “Rəsmə olan həvəsim rəhmətlik atamın sayəsində oldu. Hər dəfə televizora baxanda bizi kitab oxumağa, şəkil çəkməyə, ya da başqa, bizim üçün daha faydalı işlərlə məşğul olmağa göndərirdi. O, rəsm çəkin deyəndə mən çox həvəslənirdim, evimizdə çikankalar var idi, onlara baxaraq bir şeylər çəkməyə çalışırdım. Sonra başladım dərnəklərə getməyə. Bakıda Tofiq İsmayılov adına Yaradıcılıq Mərkəzi var idi, rəssamlığa orada başlamışam. Bunun davamında təhsilimi ağac üzərində bədii oyma sənəti üzrə davam etdirdim. Əsgərlikdən sonra üç il hazırlaşdım və Moskvada Sergey Andriyaki adına Akvarel və Zərif İncəsənətlər Akademiyasına daxil oldum. Burada altı il təhsil aldım və 2018-ci ildə məzun oldum. Fəaliyyətimi bir il Moskvada davam etdirdim, sərgilərə qatılırdım. Sonra Vətənə qayıtdım və təsadüfən yolum Əməkdar rəssam, professor Məmmədhüseyn Hüseynovla kəsişdi. O məni Azərbaycanın Əməkdar rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki, İstanbulun Yeditəpə Universitetinin professoru Teymur Rzayevlə tanış etdi və Türkiyədə də özümü sınaya biləcəyimi dedi. Bu fikir mənə olduqca maraqlı gəldi və beləliklə, Teymur müəllimin də dəstəyi ilə İstanbula gəldim”.

Vaqif, onu İstanbula gətirən əsas səbəblərdən birinin sənətini daha da təkmilləşdirmək olduğunu deyir: “Əslində, rəssamlığı Bakıda da davam etdirə bilərdim. Lakin bizim sənətimiz diqqət tələb edir. Mənə görə bu işi layiqincə yerinə yetirmək üçün ətrafındakı insanlardan bir az uzaqlaşmaq, fikrini toplamaq lazımdır. Elə bura gəlməyim də bu səbəbdən və ani oldu. Sadəcə, hisslərimə güvənərək bir-bilinməzliyə doğru yola çıxdım. Heç kimi tanımırdım. Gəldiyimdə, sadəcə, mən və İstanbul var idi. Burada İstanbulun mənzərələrini çəkməyə başladım”.

O, həyatın təsadüflərdən ibarət olduğunu bildirərək fikirlərini belə izah edir: “Bir gün təsadüfən indi emalatxanamı qurduğum səmtə gəldim. Bura bir kafedir və mən müştəri olaraq kafenin bağçasında oturub tarixi Qalata qülləsini çəkməyə başladım. Buradan Qalata çox gözəl görünür. Yan masada oturan başqa bir müştəri də xəbərim olmadan məni izləyirmiş və çəkdiyim rəsmi ona satmağımı təklif etdi. Bu, mənim üçün gözlənilməz olduğu qədər, həm sevindirici, həm də ruhlandırıcı hal oldu. O rəsmi təxmini 20 dollar kimi bir məbləğə satdım. Ertəsi gün eyni adam mənə daha üç rəsm sifariş etdi. Bunun ardından məkanın sahibi burada iş təklif etdi və mənim İstanbul macaram başladı”.

COVID-19 pandemiyası dövründə buradakı işinə ara verib bir müddət qalereyalarla işlədiyini deyən rəssam sözlərinə belə davam edir: “Sonra yenə eyni adam məni eyni məkanda işləməyə dəvət etdi və hazırkı emalatxananı açdıq. Artıq dörd ildir fəaliyyətimi burada davam etdirirəm. Təbii ki, bu, işin ticarət tərəfidir. Ara-sıra restavrasiya işlərinə, sərgilərə də qatılıram. İstanbulun Zincirlikuyu bölgəsində Sultan Əbdülməcidin Ov Köşkü var. O məkan zamanın şərtlərinə görə çox bərbad bir hala düşmüşdü və Türkiyə dövləti burada restavrasiya işlərinə başladı. Məni də ora dəvət etdilər. Köşkün tavanı kətan üzərində işlənmiş rəsmlərdən ibarətdir. Oranın qələm işlərinin texniki tərəfini sona qədər layihələndirib hazırladım və iki ay özüm də bir tavanın restavrasiyasında iştirak etdim. Sonra oradan ayrıldım. Lakin, bu, çox böyük bir yerdir və köşkün bərpası hələ də mənim hazırladığım texniki üslubla davam edir. Bunun ardından məşhur Sultan Ahmet Camisində aparılan restavrasiyaya daxil edildim və buranın da qələm işlərində iştirak etdim. Burada çox böyük, 100 nəfərdən artıq heyətlə işlədik. Əslində, mənim restavrasiya ilə bağlılığım Moskvada yaşadığım illərdə başladı. Diplom işimi də restavrasiya üzərində qurmuşdum və dörd ilə yaxın bunu davam etdirdim. Lakin, İstanbulda gördüyüm işlər mənim üçün rəssamlıqdan daha çox tarixə toxunmaqdır. Elə bu səbəbdən də bu iş məni özünə çəkir”.

Türkiyədə keçirilən rəsm yarışlarında iştirak edən Vaqif Zeydquliyev bu müsabiqələrin bəzilərindən qalibiyyət də əldə edib. Onun Türkiyədə ilk sərgisi ötən ilin iyul ayında İstanbulun tarixi Yeni Cami Hünkar Qəsrində “Tarixin rənglərində İstanbul” mövzusunda açılıb. İkinci sərgi isə İstanbulun Müstəqil Sənət Vəqfində baş tutub. Növbəti sərgi üçün rəssam Ankaraya dəvət alıb. Ötən il dekabrın 25-də açılan bu sərgi hələ də davam edir.

Hazırkı planları haqqında danışan rəssam deyib: “Türkiyədə yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət “Suverenliyimizə qovuşduran şanlı Zəfər” mövzusunda sərgi açılacaq. Sərgi Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin Ankara Rəsm və Heykəllər Muzeyi ilə birgə layihəsi əsasında Azərbaycanda “Konstitusiya və Suverenlik İli”, habelə Vətən müharibəsində qazanılan Zəfərin 5 illiyi münasibətilə təşkil olunacaq. Burada nümayiş olunacaq əsərlərin seçilməsi məqsədilə təşkilat komitəsi yaradılıb. Hazırda komitəyə təqdim ediləcək əsərlər üzərində işləyirik. İstanbul və Ankarada açılması nəzərdə tutulan bu sərgilərə təqdim olunacaq əsərlərin Azərbaycan və Türkiyənin muzeylərinə qalıcı eksponat kimi daxil edilməsi də nəzərdə tutulur. Bundan əlavə fikrimdə daha bir sərgi var. Fərqli bir şey olacaq, onu açmağı düşünürəm. Əlavə olaraq isə sifarişlə üzərində işlədiyimiz işlər də olur”.

Rəssam söhbət əsnasında yaradıcılığının unudulmaz məqamlarını da xatırlayır: “Moskvada hazırladığım diplom işi çərçivəsində qravür silsiləsi işləmişdim. Bu silsilədən olan bir işim Bakıda keçirilən “İçərişəhər” sərgisində nümayiş olunurdu. Sərgidən sonra isə İçərişəhər Qoruq Muzeyindən bu əsərin kolleksiyaya daxil edilməsi ilə bağlı mənə müraciət olundu, təbii ki, sevərək qəbul etdim. Bu silsilədən olan daha iki işim isə Çeçenistan Dövlət Muzeyinin kolleksiyasına daxil edilib. 2021-ci ildə Dağıstandan olan bir Xalq rəssamının qızı o silsiləni internet üzərindən satın aldı. 2024-cü ildə isə o işlərdən ikisinin Çeçenistan Dövlət Muzeyinin kolleksiyasına daxil edildiyinə dair məktub aldım. Bu, mənim üçün çox böyük bir fəxr, qürur mənbəyidir. Çünki bir gün mən olmasam da o işlər daima yaşayacaq”.

Qeyd edək ki, rəssam 2020-ci ildə Türkiyədə iki qardaş ölkənin rəssam və heykəltəraşlarının əsərlərindən ibarət “Bir millət, iki dövlət” şüarı altında keçirilən onlayn satış aksiyasında da iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Allahşükür Paşazadə: Azərbaycan xalqının zəfərləri xalq-dövlət birliyinin bəhrəsidir

Xəzərdə zəlzələ olub

Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb

Agentlik rəsmisi: Toxumun keyfiyyətinin təminatı və izlənməsi asanlaşıb

Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib

Bu gün Ümumdünya Dəniz Günüdür

İngiltərəli jurnalist: Azərbaycan Qran-Prisi artıq Formula 1 təqviminin əsas yarışlarından birinə çevrilib

Roma Papası XIV Leonun Fransaya səfəri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

Məcnun Məmmədov: Fermerlərə əkinlə bağlı mərhələli tövsiyələrin verilməsi mexanizmi üzərində çalışırıq

Dövlət Proqramının əsas mahiyyəti regionlarda yeni sənaye mərkəzləri yaratmaqdır- ŞƏRH

Zal nəzarətçisi sertifikatı üçün 2326 nəfər müraciət edib

Nazir: Yerli toxumçuluğun inkişaf etdirilməsi və özünütəminat səviyyəsinin yüksəldilməsi əhəmiyyət daşıyır

Hərbi Prokurorluğun rəhbərliyi Naxçıvanda hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Çempionlar Liqası: “Sabah”ın 4 ev oyunu üçün 100 mindən çox bilet satılıb

Regionda ilk dəfə Azərbaycanda Spartan Aeronavtika və Texnologiya Məktəbinin filialı fəaliyyətə başlayır

Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq

Ötən gün 48 cinayətin açılması təmin olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi

Rosen Plevneliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çoxsaylı böhranlarla bağlı həll yolları ortaya qoyur VİDEO

Rosen Plevneliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çoxsaylı böhranlarla bağlı həll yolları ortaya qoyur VİDEO

Tahir Rzayev: Azərbaycanda toxumçuluğun inkişafı üçün böyük potensial var

Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub - YENİLƏNİB

Viorel Gutu: Azərbaycanda yerli toxumçuların və istehsalçıların inkişafına verilən töhfə təqdirəlayiqdir

Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Karantin tətbiq edilən zərərli orqanizmlərlə yoluxmuş 200 tondan artıq toxumluq məhsulla bağlı fitosanitar tədbirlər görülüb

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Naxçıvanda I Beynəlxalq Tibb Günləri keçirilir

Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub

DİM: 668 namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək

“Reuters”: Bu il kosmik şirkətlərə qoyulan özəl investisiyaların həcmi 23 milyard dollara çatıb

ABŞ naziri İrandan beynəlxalq aviareyslərin 80 faizinin bağlandığını iddia edib

Agentlik sədri: Yerli toxum istehsalının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır

Naxçıvan MR Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin sayı 40,6 faiz artıb

Formula 1-lə əlaqədar Bakı metropolitenində iş saatı uzadılır

“Karadeniz Holding”lə enerji sahəsində yeni əməkdaşlıq istiqamətləri dəyərləndirilib

Mladen İvaniç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır VİDEO

Mladen İvaniç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır VİDEO

Nazir: 2030-cu ilə qədər buğda toxumu ilə təminatın 100 faizə çatdırılması hədəflənib

Məcnun Məmmədov: Artan yerli istehsal nəzərə alınaraq sertifikatlı toxum üçün tələb 5 hektaradək azaldılıb

“İcra haqqında” Qanuna tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi ilə bağlı yeni maddə əlavə edilir

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub VİDEO

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub VİDEO

Şahmat Olimpiadası: Azərbaycan yığmaları bu gün növbəti görüşlərini keçirəcəklər

® Hərəkətdə Titan gücü: “REDMI Note 17 Pro Max” 5G yarış trekində

Ağdaş və Mingəçevirdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir

IV Bakı Təhlükəsizlik Forumu keçirilib

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb VİDEO

Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO

Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunları üçün növbəti “İcma Günü” təşkil olunub

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Yeni Suraxanı qəsəbəsinin bir hissəsində qaz təchizatı məhdudlaşdırılacaq

Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Dominikan arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılır

Azərbaycan və İraq arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib

Ceyhun Bayramov: TRIPP regional enerji əlaqəliliyinin şaxələndirilməsinə imkan yaradacaq

Azərbaycan və Baham Adaları arasında siyasi məsləhətləşmələrə dair Memorandum imzalanıb

Formula 1 onuncu dəfə Bakı küçələrində: Bu gün Azərbaycan Qran-Prisi start götürür

Xarici işlər naziri Ceyhun Bayramov kiprli həmkarı ilə görüşüb

Yasamal və Xəzərin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İranın diplomatiyaya açıq olduğunu elan etməsindən sonra neft qiymətləri azalıb

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub VİDEO

Qazaxda açıq ərazidə yanğın olub VİDEO

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub