Vaşinqton Kiyevə əlavə olaraq 1,3 milyard dollar yardım edəcək
Bakı, 21 iyun, AZƏRTAC
Birləşmiş Ştatlar Ukraynaya əlavə olaraq 1,3 milyard dollar həcmində yardım edəcək.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın dövlət katibi Entoni Blinken bu barədə Ukraynanın bərpasına dair konfransda çıxışı zamanı deyib.
“Birləşmiş Ştatlar Ukraynaya əlavə olaraq 1,3 milyard dollar həcmində yardım göstərəcək. Biz energetikanın bərpasına 520 milyon dollar sərmayə yatıracağıq”, - deyə Entoni Blinken bildirib.
Dövlət katibinin sözlərinə görə, ABŞ Ukraynada dəmiryollarının, aeroportların və ölkəni Avropa ilə birləşdirən digər vacib infrastrukturun modernizə edilməsinə 657 milyon dollar, gömrük sisteminin rəqəmsallaşmasına və korrupsiya ilə mübarizəyə 100 milyon dollar, biznesin inkişafına isə 35 milyon dollar ayıracaq.
Pentaqonun məlumatına əsasən, Vaşinqton müharibə başlayandan bəri Kiyevə ümumilikdə 40 milyard dollarlıq hərbi yardım edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]