Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vaşinqtonda “Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq siyasətdə” mövzusunda “dəyirmi masa” keçirilib VİDEO

Vaşinqton, 11 may, AZƏRTAC 

Mayın 10-da Vaşinqtondakı Atlantika Şurası Mərkəzində “Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq siyasətdə” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbir Atlantika Şurası Elmi-Tədqiqat Mərkəzi nəzdində Dinu Patrisiu Avrasiya Araşdırmaları Mərkəzi tərəfindən C.Hopkins Universiteti nəzdində Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutu ilə birgə təşkil edilib. Dinu Patrisiu Avrasiya Araşdırmaları Mərkəzinin direktoru Con Herbstin sədrliyi ilə keçirilən tədbirdə ATƏT-in Minsk qrupunun amerikalı müvəqqəti həmsədri Riçard Houqlend, Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun və İpək yolunun öyrənilməsi proqramının direktoru, doktor Svante Kornell, Atlantika Şurasının Qlobal Energetika Mərkəzinin böyük elmi işçisi və Corctaun Universitetinin professoru doktor Brenda Şeffer və Amerika Xarici Siyasət Şurasının böyük elmi işçisi doktor Stiven Blank çıxış ediblər. Tədbirdə Ermənistan ilə Azərbaycan arasında 25 ildən bəri davam edən münaqişənin spesifikası, regionda geosiyasi vəziyyət və maraqlar, habelə doktor Svante Kornellin redaktəsi ilə nəşr edilmiş “Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq siyasətdə: əzəli “dondurulmuş münaqişə” və Avropanın təhlükəsizliyi” adlı yeni kitabda şərh edilmiş məsələlər, o cümlədən son illərdə bu münaqişənin hərbi eskalasiyası məsələsi müzakirə edilib.

Akademik dairələrin, ABŞ administrasiyasının və Vaşinqtonda akkreditə edilmiş diplomatik korpusun nümayəndələri qarşısında çıxış edən R.Houqlend ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Ermənistan və Azərbaycan rəhbərləri arasında ikitərəfli dialoqun, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsinə yönəlmiş səylərin davam etdirilməsinin zəruriliyi, habelə erməni və Azərbaycan xalqları arasında etimadın möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin əhəmiyyəti barədə danışıb. Amerikalı diplomat deyib ki, ABŞ Minsk qrupu vasitəsi ilə işi davam etdirməyə və bu münaqişənin həllində tərəflərə kömək etməyə hazırdır. O qeyd edib ki, hərtərəfli tənzimləmə planı BMT Nizamnaməsinin və Helsinki Yekun Aktının baza prinsiplərinə, o cümlədən güc tətbiq edilməməsi, ərazi bütövlüyü və təyini-müqəddərat prinsiplərinə əsaslanır.

S.Kornell Ermənistan-Azərbaycan münaqişəsinin spesifikasına toxunaraq qeyd edib ki, Qafqazda geosiyasi vəziyyət ilə Yaxın Şərqdəki hadisələr arasında əlaqə olması getdikcə aşkar görünür. Bu, məsələdə marağı olan tərəflərin dondurulmuş münaqişələrlə manipulyasiya etmələrinə şərait yaradır. Ekspert qeyd edib ki, həm Avropa ittifaqının rəhbərliyi, həm də ABŞ münaqişənin tənzimlənməsi prosesinə lazımınca diqqət yetirməlidir, çünki status-kvonun davam etməsi hərbi münaqişənin daha genişlən məsinə şərait yaradır. B.Şeffer və S.Blank regionun geosiyasi reallıqları və Ermənistan-Azərbaycan münaqişəsi kontekstində region dövlətlərinin rolu barədə danışıblar. Qeyd edilib ki, Azərbaycan bazar qiymətləri üzrə silah almaqla öz hərbi potensialını artırdığı halda Ermənistan silahları güzəştli qiymətlərlə alır. Doktor S.Blank vurğulayıb ki, regionda “İskander” raket komplekslərinin peyda olması və Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın mülki obyektlərinə və infrastrukturlarına raket zərbələri endirməyə hazır olması barədə bəyanatları vəziyyəti çox kəskinləşdirib. Ekspertlər vurğulayıblar ki, münaqişənin tənzimlənməsi Ermənistanın müstəqilliyinin bərpa edilməsinə və onun iqtisadi inkişafına şərait yaradar.

Tədbirdə Minsk qrupunun əvvəlki amerikalı həmsədrləri Robert Bradtke, Co Pressel və digər keçmiş diplomatlar da çıxış ediblər. Ermənistanın ABŞ-dakı səfirliyinin nümayəndəsi iradını bildirib ki, kitabın “Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq siyasətdə: əzəli “dondurulmuş münaqişə” və Avropanın təhlükəsizliyi” adı həqiqətə uyğun deyil, çünki guya həmin münaqişə “Dağlıq Qarabağ ilə Azərbaycan arasında” münaqişədir və “təyini-müqəddərat” prinsipinə əsasən Dağlıq Qarabağ müstəqil olub. S.Kornell bu iradın cavabında bildirib ki, münaqişə hələ 1987-ci ilin sonunda Dağlıq Qarabağ Muxtar Vilayətində deyil, Cənubi Ermənistanda başlanıb (Masisdə və Quqarkda azərbaycanlılara kütləvi hücumlar və onların qovulması nəzərdə tutulur) və sonradan dövlətlərarası münaqişəyə çevrilib. Təyini-müqəddərat prinsipi barədə qeyd edilib ki, BMT Nizamnaməsində təyini-müqəddərat prinsipinin özü avtomatik “müstəqillik” nəzərdə tutmur, o həm də Azərbaycanın ərazi bütövlüyü daxilində təyini-müqəddərat kimi başa düşülə bilər. Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndəsi bu məsələni şərh edərək deyib ki, Helsinki Yekun Aktında qeyd edildiyi kimi, dövlətlər daim BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, habelə beynəlxalq hüququn müvafiq normalarına, o cümlədən dövlətlərin ərazi bütövlüyünə aid normalara riayət etməklə xalqların hüquq bərabərliyinə və öz talelərini həll etmək hüququna hörmət etməlidirlər. Həmçinin vurğulanıb ki, Ermənistanın indiki prezidenti Serj Sarkisyan britaniyalı jurnalist Tom de Vaala müsahibəsində Xocalıda dinc sakinlərə qarşı hərbi cinayətdə öz rolunu və Ermənistanın təcavüzü nəticəsində işğal edilmiş Azərbaycan ərazilərinin etnik təmizləməyə məruz qalmasını etiraf edib.

Ekspertlər öz çıxışlarında vurğulayıblar ki, ABŞ-ın rəhbər şəxslərinin əksəriyyəti son illərdə beynəlxalq təhlükəsizlik üçün təhdid olan bu münaqişəyə lazımınca diqqət yetirmirlər. Onlar münaqişənin tənzimlənməsi prosesində ABŞ-ın fəal iştirakını bərpa etməyin vacib olduğunu qeyd ediblər.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Vaşinqtonda “Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq siyasətdə” mövzusunda “dəyirmi masa” keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb